Qəzzada hücumlarda ölən jurnalistlərin sayı 97-ə yüksəlib. SİA xəbər verir ki, məsələ ilə bağlı Qəzza hökumətinin Media Ofisi tərəfindən açıqlama verilib.
Açıqlamada İsrail ordusunun Qəzza zolağının cənubundakı Rəfah şəhərindəki evinə təşkil etdiyi hücumda jurnalist Adil Zağrabın həyatını itirdiyi bildirilib.
Qeyd olunub ki, oktyabrın 7-dən Qəzza zolağına olan hücumlar nəticəsində həlak olan jurnalistlərin sayı 97-yə yüksəlib.
Media Ofisindən əvvəlki açıqlamada İsrailin “Fələstin hekayəsini susdurmaq, faktları gizlətmək, xəbər və məlumatların regional və beynəlxalq ictimaiyyətə çatmasının qarşısını almaq üçün Qəzzada jurnalistləri qəsdən öldürdüyü” bildirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB