Hindistan yenidən maska rejiminə qayıdır

Hindistan yenidən maska rejiminə qayıdır

Hindistanın Kerala ştatında koronavirus hadisələrinin sayının artması səbəbindən Karnatakada tibbi maskaların taxılması məcburi elan edilib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Karnataka hökumətinin sərəncamı hələlik 60 yaşdan yuxarı insanlara, həmçinin ürək və tənəffüs xəstəliklərindən əziyyət çəkən ştat sakinlərinə şamil edilir. Bununla belə, koronavirusun yayılması ilə mübarizə üçün yeni tədbirlərin siyahısını açıqlanacağı vurğulanıb.

Qeyd edək ki, Keralada COVID-19 hadisələrinin sayında kəskin artım müşahidə olunub. Son bir həftədə yoluxmaların sayı üç dəfə artıb və dekabrın 1-dən 17-dək 10 ölüm halı qeydə alınıb. Hazırda ştatda gündə 300-dən çox COVID-19 hadisəsi qeydə alınır.

Bütün xəbərlər Facebook səhifəmizdə