Çinin şimal-qərbindəki Qansu əyalətində baş verən 6,2 bal gücündə zəlzələdə 118 nəfərin həyatını itirdiyi bildirilib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Qansu əyalətində zəlzələ nəticəsində 105 nəfər, qonşu Çinxay əyalətində isə 13 nəfər ölüb. İki əyalət sərhədinə yaxın bir bölgədə baş verən zəlzələdə 500-dən çox adam xəsarət alıb. Qansuda 397 nəfər yaralandığı halda, 16 nəfərin vəziyyətinin ağır olduğu bildirilir. Çinxayda 128 nəfər yaralanıb, 20 nəfərin taleyindən xəbər yoxdur.
Ştatın mərkəzi olan Lankuda da hiss olunan zəlzələ nəticəsində ətraf yaşayış məntəqələrində su və elektrik şəbəkələri, nəqliyyat infrastrukturu və kommunikasiya şəbəkələri zədələnib. Çin prezidenti Si Cinpin təcili axtarış-xilasetmə işlərinin aparılmasına, zəlzələdən zərər çəkmiş vətəndaşların həyat və mallarının təhlükəsizliyini təmin etməyə çağırıb. Xilasetmə işləri üçün bölgəyə yerli təbii fəlakətdən xilasetmə, yanğınsöndürmə briqadası, hərbi və polis bölmələrindən 4 minə yaxın canlı qüvvə göndərilib. Fəlakət bölgəsinə çadır, qatlanan çarpayı və yorğan kimi yardım materiallarının çatdırıldığı da vurğulanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB