Keniyanın Elgeyo Marakvet şəhərində zorla sünnət olunmaq üçün xəstəxanaya aparılan 6 qız polis tərəfindən xilas edilib. SİA xarici mediaya istinadən xəbər verir ki, bunun üzərinə bir qrup dəstə üzvü polis bölməsinə gedərək qızları geri götürmək istəyib.
Qızlar təhvil verilməyəndə qəzəbli qrup polis məmuru Muşote Bomanı daşqalaq edərək öldürüb. Polisin cəsədini çarpayıya qoyub və yandırıb. Qadağan olunmasıına baxmayaraq, Keniyanın bəzi bölgələrində qadın sünnəti davam edir. Bununla belə, qadınların sünnəti ilə bağlı polisə qarşı nadir hücumlar olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB