“F-16-ların Türkiyəyə satışını dəstəkləyirik” - ABŞ DİPLOMATI

“F-16-ların Türkiyəyə satışını dəstəkləyirik” - ABŞ DİPLOMATI

“Dövlət Departamenti Türkiyəyə F-16 təyyarələrinin satışına etiraz etmir, lakin xatırladır ki, Konqres bu məsələni Ankaranın İsveçin NATO-ya daxil olmasını təsdiqləməsi ilə əlaqələndirir”. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu sözləri ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib.

"Biz də öz tərəfimizdən F-16-ların Türkiyəyə satışını dəstəkləyirik. Lakin Konqresdə elə insanlar var ki, satışın yalnız Türkiyənin İsveçin NATO-ya daxil olmasını təsdiqləməsi ilə mümkün olacağına qərar verib və biz Türkiyəni bunu mümkün qədər tez etməyə çağırırıq" deyə diplomat brifinqdə qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə