İslandiyada vulkan püskürüb

İslandiyanın cənub-şərqində Reykjanes yarımadasında həftələrlə davam edən zəlzələlərdən sonra vulkan püskürüb. SİA xarici mətbuata istinadən xəbər verir ki, partlayışın Qrindavik şəhərinin şimalında başladığı açıqlanıb.

Qeyd edək ki, əvvəllər, təxminən 4 min insan Qrindavik balıqçı qəsəbəsindən təxliyə edilmiş və şəhər yaxınlığındakı geotermal spa (Mavi Göl) bağlanmışdı. Grindavik İslandiyanın paytaxtı Reykyavikdən 42 kilometr məsafədədir. Vulkanın püskürməsinin göründüyü Reykyavik ətrafında oktyabrın sonundan bəri çoxlu zəlzələlər baş verib.

Bütün xəbərlər Facebook səhifəmizdə