İtaliyanın dövlət qurumları genişmiqyaslı haker hücumuna məruz qalıb
İtaliyanın dövlət qurumlarının informasiya sistemləri “Lockbit” qrupunun hakerləri tərəfindən həyata keçirildiyi iddia edilən irimiqyaslı kiberhücuma məruz qalıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, məlumata görə, virus məlumat bazalarını şifrələyib. Bundan sonra hakerlər şifrələri açmaq üçün pul tələb ediblər.
Məlumdur ki, haker hücumu əmək haqqı və elektron hesab-faktura sistemlərinə təsir edib.
Hazırda hələ də dəymiş ziyanın həcmi hesablanır. Milli Kibertəhlükəsizlik Agentliyinin texniki işçiləri araşdırma aparır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB