Çində güclü zəlzələ nəticəsində 86 nəfər ölüb, 100-dək insan yaralanıb - YENİLƏNİB

Çində güclü zəlzələ nəticəsində 86 nəfər ölüb, 100-dək insan yaralanıb - YENİLƏNİB

Çində baş verən zəlzələ 86 nəfərin həyatına son qoyub. SİA xəbər verir ki, bu barədə “Sinxua” agentliyi məlumat yayıb.

"Zəlzələ nəticəsində 86 yerli sakin həlak olub, daha 96 nəfər yaralanıb", - xəbərdə deyilir.

Daha əvvəl bildirilirdi ki, dekabrın 18-də paytaxt Pekin vaxtı ilə gecəyarı (Bakı vaxtı ilə saat 20:00) maqnitudası 6,2 bal olan bir neçə yeraltı təkan qeydə alınıb. Zəlzələ ocağı 10 km dərinlikdə yerləşib.

Zəlzələnin episentrində və ətraf ərazilərdə evlərə, yollara və digər infrastrukturlara ziyan dəyib, elektrik və su təchizatında fasilələr yaranıb.

Təbii fəlakətin təsiri qonşu Çinxay əyalətində də hiss olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə