...Doğrudan da nə deyəsən..?
Deməli, ötən gün Moskva əyalət teatrı Rusiyanın terrorçuların və ekstremistlərin reyestrinə daxil edilmiş Boris Akuninin romanı əsasında hazırlanmış “Fandorinin sərgüzəştləri” tamaşasının nümayişini ləğv edib.
SİA-nın əldə etdiyi məlumata görə, müvafiq elan mədəniyyət müəssisəsinin saytında yerləşdirilib.
Saytın yazdığına görə, dekabr-mart ayları üçün nəzərdə tutulan tamaşanın nümayişləri ləğv edilib.
Xatırladaq ki, tamaşanın premyerası 2017-ci ildə baş tutub. Qeyd edilməlidir ki, bu, Sergey Bezrukov Fondu və Moskva Vilayət Teatrının birgə layihəsi idi.
Xatırladaq ki, iki gün əvvəl Rosfinmonitorinq yazıçı Akunini (Qriqori Çxartişvili) terrorçuların və ekstremistlərin reyestrinə daxil edib. Ona qarşı terrorizmə ictimai bəraət qazandırmaq və Rusiya Federasiyası Silahlı Qüvvələrinin hərəkətləri barədə bilərəkdən yalan məlumatların açıq şəkildə yayılması maddəsi ilə cinayət işi açılıb.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB