Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı cəbhənin ən qanlı istiqamətlərini açıqlayıb.
Gərgin döyüşlər davam edir...

Ukrayna Silahlı Qüvvələri Avdeevka istiqamətində düşmənin doqquz, Donetsk vilayətinin Tonenkoye, Pervomaiskoye və Nevelskoye şəhərlərinin cənubunda yerləşən Severnı yaxınlığında isə daha 13 hücumunu dəf ediblər.

SİA-nın Ukrayna saytlarından əldə etdiyi məlumata görə, gün ərzində 92 hərbi toqquşma baş verib. Ukraynanın şərqində və cənubunda əməliyyat vəziyyəti ağır olaraq qalır.

...Avdeevka istiqamətində müdafiəçilərimiz Donetsk vilayətinin Avdeevka ərazilərində 9, Severninin cənubunda, Tonenki, Pervomayski və Donetsk vilayətinin Nevelski yaxınlığında daha 13 hücumunu dəf ediblər. 15-ə yaxın yaşayış məntəqəsi düşmən artilleriyasından və minaatanlardan atəşə tutulub.

Bu barədə Baş Qərargah məlumat yayıb.

Kupyansk istiqamətində ukraynalı müdafiəçilər Xarkov vilayətinin Sinkovka yaxınlığında və Petropavlovkanın şərqində işğalçıların dörd hücumunu dəf edib, 10-a yaxın yaşayış məntəqəsi artilleriya və minaatanlardan atəşə tutulub.

Liman istiqamətində düşmən qüvvələrimizin müdafiəsini yarmaq cəhdi uğursuz alınıb. Gün ərzində düşmənin 10 hücumu dəf edilib.

Bundan əlavə, ruslar Baxmut istiqamətində 17, Maryinski istiqamətində isə 12 uğursuz hücum həyata keçiriblər.

Baş Qərargah məlumatına görə, Ukraynanın müdafiə qüvvələri Xerson vilayətində Dnepr çayının sol sahilində mövqelərini qorumaqla yanaşı, düşməni atəşə tutmaqda da davam edirlər.

Amma...bundan əlavə, Severski və Slobojanski istiqamətlər ində 25-dən çox yaşayış məntəqəsi rusların artilleriya və minaatan atəşinə məruz qalıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə