Ruslara qarşı sanksiyalar ölümündən sonra da qüvvədə qalacaq?

Ruslara qarşı sanksiyalar ölümündən sonra da qüvvədə qalacaq?

Avropa Şurası xüsusi əməliyyatın maliyyələşdirilməsinin qarşısını almaq üçün ruslara qarşı məhdudlaşdırıcı tədbirlərin hətta öldüyü halda belə qüvvədə saxlanılması barədə qərar qəbul edib.

SİA bu barədə TASS-a istinad edir.

Agentliyin məlumatına görə, belə bir tədbir ilk dəfədir həyata keçirilir.

Əvvəllər sanksiyaların müddəti dəqiqləşdirilməmişdi və bu xarakterli xüsusi şərtlər təqdim edilməmişdi.

Sənəd Avropa Şurasının ölən şəxsin adını qara siyahıda saxlaya biləcəyi şərtləri müəyyən edir. Xüsusilə, məmurlar mərhumun aktivlərinin xüsusi əməliyyatın maliyyələşdirilməsi üçün istifadə oluna biləcəyi risklərini fərq etdikdə bu tədbir görülə bilər.

Daha əvvəl bildirilmişdi ki, Avropa İttifaqı Rusiyaya qarşı 12-ci məhdudlaşdırıcı tədbirlər paketini təsdiqləyib. Buraya Rusiya sənayesinin bir sıra sahələrinə məhdudiyyətlər də daxil edilib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə