Krasnoyarskda hüquq-mühafizə orqanlarının əməkdaşları “Z” hərfi şəklində olan qurğunu bir neçə dəfə təpiklə vuran yerli sakini saxlayıblar.
Sən demə “Z” simvolu Daxili İşlər Nazirliyi ilə Federal Təhlükəsizlik Xidməti binasının yaxınlığında quraşdırılıbmış.
Və həmən ərəfədə bu iki dövlət idarəsindən hansınınsa məmurlarından bir həmən ərəfədə bütün olanları Mirzə Cəlil demişkən, ağoşkadan görürmüş
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə ASTRA teleqram kanalı yazıb.
Deməli, “cinayət başında” qamarlanaraq içəri atılan saxlanılan şəxsin adı məlum deyil. İnternetdə onun hərəkətlərinə görə hüquq-mühafizə orqanlarının əməkdaşlarından, Krasnoyarsk diyarının və bütün Rusiyanın sakinlərindən, həmçinin “xüsusi hərbi əməliyyat iştirakçılarından” üzr istədiyi bir video yapıblar.
Amma deyim ki, bu videonun hansı şəraitdə hazırlandığı məlum olmasa da, saxlanılan şəxs barəsində ordunu gözdən salma maddəsi ilə protokol tərtib edildiyi bildirilir.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB