Rusiyada əcnəbi vətəndaşlara verilən imtiyazlar və...

Putin üç ölkənin vətəndaşları üçün Rusiya vətəndaşlığına qəbulu sadələşdirib
Rusiyada əcnəbi vətəndaşlara verilən imtiyazlar və...

Rusiya prezidenti Vladimir Putin bazar ertəsi Belarus, Moldova və Qazaxıstan vətəndaşlarının Rusiya vətəndaşlığının alınmasını sadələşdirən fərman imzalayıb. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, indi onlara yaşayış icazəsi verildiyi vaxtdan ölkədə daimi yaşadıqlarına dair sübut təqdim etməyə, Rusiya tarixi və dövlətçiliyin əsaslarına dair biliklər üzrə imtahan verməli olmayacaqlar.

Belaruslular da artıq rus dilini bildiklərini təsdiqləməyə ehtiyac duymurlar. Qazaxlar və moldovalılar üçün rus dili imtahanından keçmək zərurəti qalır.

Yeri gəlmişkən, may ayında “İzvestiya” Rusiya Prezidenti yanında Xalq Təsərrüfatı və Dövlət İdarəçilik Akademiyasının Sosial Təhlil və Proqnozlaşdırma İnstitutuna istinadən yazıb ki, 2023-cü ilin əvvəlindəki vəziyyətə görə, Rusiyada üç milyona yaxın əcnəbi işləyir. “Vedomosti” onların əksəriyyətinin MDB ölkələrinin vətəndaşları olduğuna aydınlıq gətirir.

Qeyd edək ki, Rusiya vətəndaşlığını almış əcnəbilər, digər şeylərlə yanaşı, hərbi xidmətə çağırış və ya səfərbərlik üçün çağırışa tabedirlər. Oktyabrın sonunda İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin Rusiya pasportu almış miqrantların Ukraynaya qarşı müharibədə iştirak etmək istəmədikləri təqdirdə vətəndaşlıqdan məhrum edilməsini təklif edib.

Xatırladaq ki, yazda Putin müharibə zamanı Rusiya ordusunda hərbi xidmət üçün müqavilə bağlamış əcnəbi vətəndaşlara sadələşdirilmiş qaydada vətəndaşlıq almağa icazə verən fərman imzalayıb.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə