ABŞ-ın keçmiş prezidenti Donald Tramp yenidən prezident seçiləcəyi təqdirdə ölkədən mühacirlərin göndərilməsi fikrinə sadiq qaldığını bir daha bəyan edib.
SİA-nın əldə etdiyi məlumata görə, CNN xəbər verir ki, D.Tramp seçki kampaniyasının Nevada ştatında immiqrantlarla bağlı açıqlamalar verib: “Mühacirlər ABŞ-ı işğal edib. Prezident seçilərsəm, mühacirlər ölkə tarixində ən böyük deportasiyaya məruz qalacaq. Mühacirlərlə bağlı siyasətlər genişləndiriləcək. Federal hüquq-mühafizə qüvvələrinin böyük bir hissəsi immiqrasiya ilə əlaqəli birliklərə köçürüləcək, ölkə xaricindəki qüvvələrin bir hissəsinin isə cənub sərhədinə göndəriləcək”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB