ABŞ-ın Kaliforniya ştatında 18 uşaq ətraf mühitin çirklənməsinin qarşısını almadığı üçün rəhbərliyə qarşı iddia açıb.
“Our Children's Trust” qeyri-kommersiya hüquqi təşkilatının dekabrın 10-da 8-17 yaş arası uşaqlar adına açdığı iddiada ABŞ Ətraf Mühitin Mühafizəsi Agentliyinin (EPA) “ictimaiyyətin həyatını təhdid edən ətraf mühitin çirklənməsinə qəsdən icazə verdiyi” irəli sürülüb.
SİA xarici qaynaqlara istinadən xəbər verir ki, tddiaçılar EPA-nın uşaqlara qarşı ayrı-seçkilik etdiyini, onlara məhəl qoymadığını, onların bərabər yaşamaq və müdafiə olunmaq kimi konstitusiya hüquqlarını pozduğunu bildiriblər.
“Our Children's Trust” təşkilatının hüquqşünası Julia Olson ictimaiyyəti ətraf mühitin çirklənməsindən qorumaq EPA-nın əsas vəzifəsi olduğunu xatırladaraq federal qurumun buna nail ola bilmədiyi üçün qanun qarşısında cavab verməli olduğunu söyləyib.
EPA-nın prezidenti Maykl Reqanın (Michael Regan) ətraf mühitin çirklənməsinə qarşı addım atmamaqla üzərinə düşən vəzifələri yerinə yetirmədiyi bildirilib.
İddia edilir ki, EPA 1970-ci ildə qurulduğu gündən bəri ABŞ-ın dünyada ən çox istixana qazı buraxan ölkələrdən birinə çevrilməsinə göz yumub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB