Düşmənə onun verə biləcəyi maksimum itkiləri verdiririk...

Düşmənə onun verə biləcəyi maksimum itkiləri verdiririk...

Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunları Komandanlığının ictimaiyyətlə əlaqələr xidmətinin rəhbəri Vladimir Fityo bildirib ki, ruslar cəbhədə “böyük itkilər” versələr də, lakin onlar tez bir zamanda itkilərin yerlərini yeni ehtiyatlarla doldururlar.

Məhz buna görə də onların hücumunun intensivliyi dəyişmir.

Telemarafon zamanı o, piyadaların və tankların mühafizə üçün daşınması zamanı düşmənin çoxlu sayda piyada döyüş maşını ilə hücum eləcə də hücumlarını dəstəklədiyini vurğulayıb.

Dekabrın 1-dən 16-dək Qoşunların əməliyyat-strateji qruplaşması Xortitsa-nın məsuliyyət zonasında işğalçıların itkiləri 7697 şəxsi heyət, 485 ədəd zədələnmiş və ya məhv edilmiş texnika, onlardan 67 tank, 99 zirehli döyüş maşını və 7 müxtəlif çaplı minaatan olub.

SİA-nın əldə etdiyi məlumata görə, bunu Vladimir Fityo bildirib.

Qeyd edək ki, o, Rusiyada əhalinin sayının Ukraynadan dörd dəfə çox olduğunu xatırladıb.

...Düşmənin anbarlarda olan ehtiyatları çoxdur, amma buna baxmayaraq işğalçıların hərbi sənaye kompleksi bu gün də fəaliyyətini davam etdirir.

…Əlbəttə, bu resurs sonsuz deyil. Biz indi düşmənə onun verə biləcəyi maksimum itkiləri verdiririk. Hər şey cəmiyyətdən asılıdır - onların cəmiyyəti bu cür itkilərə nə qədər dözəcək? İndi biz görürük ki, Rusiyada televizor hələ də soyuducuya və sağlam düşüncəyə qalib gəlir.

Fityo bildirib bunu.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə