Şimali Koreyanın yüksək səviyyəli diplomatik nümayəndə heyətinin Pekində danışıqlar apardığı bildirilib. SİA xarici mətbuata istinadən xəbər verir ki, nazir müavini Sun Veydonq Şimali koreyalı həmkarı Pak Myonq Ho ilə görüşüb. Nümayəndə heyətləri arasında keçirilən görüşdə diplomatlar ümumi maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıb və iki ölkə arasında strateji rabitə və koordinasiyanın gücləndirilməsi barədə razılığa gəliblər. Şimali Koreya nümayəndə heyəti 2019-cu ildən bəri Çinə ən yüksək səviyyəli rəsmi səfər edib.
Sentyabrın 9-da Çin Xalq Demokratik Respublikasının (KXDR) 75-ci ildönümü münasibətilə keçirilən tədbirlərdə Çinin Baş nazirinin müavini Liu Quokonqun rəhbərlik etdiyi nümayəndə heyəti Şimali Koreyaya səfər edib. Çin və Şimali Koreya arasındakı təmaslar Pyonyan administrasiyasının Rusiya ilə son yüksək səviyyəli danışıqlarından sonra baş tutub. Pxenyan administrasiyası Covid-19 epidemiyasının başlamasından sonra 2020-ci ilin martında bütün sərhədlərini xarici dünyaya bağlayıb.
Şimali Koreya lideri Kim Çen In sentyabr ayında ilk dəfə xaricə gedib və prezident Vladimir Putinlə görüşmək üçün Rusiyanın Amur vilayətində olub.
Qeyd edək ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov da oktyabr ayında Pxenyana səfər edib və Şimali Koreya lideri ilə görüşüb. Soyuq dövrdə Şimali Koreyanın nüvə proqramı və idarə olunan raket sınaqlarının yaratdığı təhlükəyə qarşı ABŞ-ın Cənubi Koreya və Yaponiya ilə müdafiə sahəsində əməkdaşlığı artırmasının Rusiya, Şimali Koreya və Çin arasında strateji yaxınlaşmanı təşviq edə biləcəyi proqnozlaşdırılır.
Kim və Putinin görüşünün iki ölkə arasında hərbi əməkdaşlığa doğru bir addım ola biləcəyi iddia edilib. Digər tərəfdən, Çin və Rusiya təyyarələri bu həftə birgə patrul uçuşu zamanı Cənubi Koreyanın Hava Hücumundan Müdafiə Tanıma Zonası (ADIZ) elan etdiyi əraziyə daxil olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB