Mərmərə dənizində 4,1 bal gücündə zəlzələ olub.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi məlumat yayıb.
Bildirilib ki, Bakı vaxtı ilə saat 00:53-də qeydə alınan yeraltı təkanların dərinliyi 11,18 kilometr olub. Zəlzələ ocağı Türkiyənin Yalova şəhərinin Çınarcık rayonunda 8,52 km məsafədə yerləşib.
Məlumata görə, zəlzələ İstanbulda da cüzi hiss olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB