...“F-16”-nın Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrində xidmətə çıxmasından sonra Rusiya donanması hətta Qara dənizin şərq hissəsində belə qisasdan gizlənə bilməyəcək.
SİA-nın əldə etdiyi məlumata görə, bu fikri Haaqa Strateji Araşdırmalar Mərkəzinin analitiki Frederik Mertens “Newsweek”ə şərhində bildirib.
Qeyd olunur ki, Ukrayna raketləri və dəniz qüvvələrinin pilotsuz təyyarələrinin Krımdakı hərbi obyektlərə davamlı hücumları səbəbindən ruslar donanmanın böyük hissəsini Novorossiyskə yerləşdirməyə məcbur olublar. Amma ruslar Ukraynadan daha da uzaqda - Gürcüstanın işğal olunmuş Abxaziya bölgəsinin bir hissəsi olan Oçamçira şəhərində hərbi-dəniz bazası yaratmaq planlarını da açıqlayıblar.
Mertens qeyd edib ki, Oçamşir,..təbii ki, Ukraynadan mümkün qədər uzaqdır. Amma Rusiya Qara Dəniz Donanması üçün bu strateji geri çəkilmənin qaçılmaz olması həm Ukraynanın hazırkı əməliyyatlarına sübutdur, həm də “F-16” qırıcılarının gəlişinin yaratdığı təhlükənin bariz göstəricisidir.
Mertens vurğulayır ki, “F-16”-lar ruslar üçün Ukrayna Silahlı Qüvvələrinin indiki təhlükəsindən qat-qat böyük təhlükə yaradır. Xüsusilə, bu təyyarələr “Harpun” gəmi əleyhinə raketlərinin potensialını tam olaraq ortaya çıxarmağa qadirdir.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB