İsrail Suriyanın paytaxtı Dəməşqin ətrafına hücum edib. SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə Suriyanın “Əl Əxbar” dövlət telekanalı məlumat yayıb.
Telekanalın hesabatında “İsrailin Dəməşq yaxınlığında təcavüz etdiyi” qeyd edilir. Suriyanın hava hücumundan müdafiə sistemlərinin hücumun qarşısını aldıqları deyilir.
...Şənbə günü, dekabrın 2-nə keçən gecə İsrail Hərbi Hava Qüvvələrinə məxsus “F-16” qırıcıları idarə olunan bombalarla Dəməşq yaxınlığındakı hədəflərə hücum ediblər. Zərbələr Moskva vaxtı ilə saat 01:33-dən 01:39-a qədər həyata keçirilib. Mərmilərin əksəriyyəti Rusiyanın zenit-raket kompleksləri (SAM) və hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub.
Xatırladaq ki, noyabrın 12-də də İsrail Müdafiə Qüvvələri Suriyada terrorçuların infrastrukturuna hücum etmişdi.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB