KİV: İsrail və HƏMAS Qəzzada atəşkəsi bərpa etməyə hazırdır

KİV: İsrail və HƏMAS Qəzzada atəşkəsi bərpa etməyə hazırdır

İsrail və Fələstinin HƏMAS hərəkatı Qəzza zolağında atəşkəsi bərpa etməyə hazırdır.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Misirin təhlükəsizlik orqanlarındakı mənbələrə istinadən “Reuters” agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, danışıqların detalları ilə bağlı tərəflər arasında fikir ayrılıqları qalmaqdadır.

Bütün xəbərlər Facebook səhifəmizdə