Luqanskda partlayışlar baş verib

Luqanskda güclü partlayışlar olduğu məlum olub. SİA-nın əldə etdiyi məlumata görə, müvafiq xəbər Klymenko Time Telegram kanalında dərc olunub.

Mətbuat Luqanskda güclü partlayışlar olduğunu bildirir, - mesajda deyilir.

Amma partlayışdan sonrakı təfərrüatlar bildirilmir.

Bundan əvvəl Ukrayna hərbçiləri Donetskə 155 mm-lik kaset mərmiləri atıblar. Ölənlər barədə məlumat yoxdur.

Dekabrın 15-nə keçən gecə Ukrayna qoşunları son altı ayda ilk dəfə Mariupolu atəşə tutub. Saat 00:25-də üç uzaqmənzilli raket şimal-qərbdən məskunlaşan əraziyə doğru atılıb.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə