Ukraynalı idmançıların ruslarla yarışmaqdan daim imtina etməsi Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın qəzəbinə səbəb olub.
SİA-nın əldə etdiyi məlumata görə, “İzvestiya” qəzeti yazır ki, o, vəziyyətin həlli variantını təklif edib.
Zaxarova qeyd edib ki, daim xüsusi rəftar tələb edən və ruslarla yarışmaqdan imtina edən ukraynalı idmançılar üçün alternativ istedadlılar üçün xüsusi oyunlar təşkil edilməlidir.
Onun təklifi 21 yaşlı tennisçi Marta Kostyukun Fransada keçirilən tennis turnirində 16 yaşlı rusiyalı Mirra Andreeva ilə oynamaqdan imtina etməsi ilə bağlı xəbərlərdən sonra gəlib. Sonuncu digər yarımfinal görüşündə Varvara Qraçovaya qalib gəlib.
Bundan əvvəl Ukrayna rusların 2024-cü il Yay Olimpiya Oyunlarına qatılacağı təqdirdə Ukraynanın və 35 ölkədən ibarət koalisiyanın onları boykot etməyə hazır olduğu barədə xəbərdarlıq edərək, rusların Parisdəki Olimpiadaya buraxılmamasını tələb edib.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB