"Paşinyanın məntiqi Ermənistanı məhvə aparır. Yəni “sıfır nöqtəsi ölkənin sonudur”.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, bunu Ermənistanın “Rodina” partiyasının sözçüsü Sos Akopyan deyib.
O, 32 erməninin öz ailələrinə qayıtmasına sevindiyi, lakin bunun ölkə üçün düzgün addım olmadığını bildirib:
“Paşinyanın deyir ki, əsirlərin mübadiləsi “sıfır nöqtəsi” hesab oluna bilər. Bu isə, ən azı, təəccüblüdür. Baş nazirin məntiqi Ermənistanı məhv edir. O, suverenliyi, həm cəmiyyətin, həm də dövlətlərin təhdidlərə qarşı durmaq qabiliyyətini aşağılayır. Bundan əlavə, acınacaqlı vəziyyətdəsinizsə və danışıqlar prosesində daim geri çəkilirsinizsə, o zaman qarşı tərəf daim irəliləyəcək. buna görə regiondakı ölkələr arasındakı ərazilər uğrunda mübarizənin dayanacağını xəyal etmək və ya bunu ümid etmək dövlət adamı üçün təkcə sadəlövhlük deyil, həm də cinayətdir”.
Xatırladaq ki, dekabrın 13-ü Azərbaycanın Qazax rayonu ilə Ermənistanın İcevan rayonunun sərhədində əsir mübadiləsi həyata keçirilib. Azərbaycanda saxlanılan 32 erməni hərbçi qarşı tərəfə verilib. Həmçinin Ermənistanda saxlanılan 2 əsgərimiz geri qaytarılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB