Rumıniyadakı rus səfiri non-qrata elan edilsin!

Rumıniyadakı rus səfiri non-qrata elan edilsin!

Rumıniyada Rumıniyanın Rostov-na-Dondakı konsulluğunun bağlanmasına cavab olaraq Rusiya səfiri Valeri Kuzminin persona non-qrata elan edilməsini təklif ediblər.

SİA-nın əldə etdiyi məlumata görə, “Digi24” xəbər verir ki, bu təşəbbüslə Rumıniyanın Birləşməsi Alyansı partiyasının lideri, deputat George Simion çıxış edib. O, Rumıniyanın Rusiya səfirini persona non-qrata elan etməyi təklif edib.

...Baxın, Rostov-na-Dondakı Rumıniyanın konsulluğu yenicə bağlanıb. Düşünürəm ki, cənab Kuzminin persona non qrata elan edilməsi... düzgün cavab olardı.

Bunu deyən Simion əlavə edib ki, Buxarest daha ciddi cavab tədbirləri görə bilər. Yəni “Rumıniyadakı Rusiya konsulluqları və nümayəndəlikləri bağlanana qədər”...

Yeri gəlmişkən, Rumıniyalı parlamentari Rumıniyanın Kiyevə “F-16” qırıcıları üçün aerodromlar verəcəyi təqdirdə Rusiyanın hər hansı real addım atacağına da şübhə edib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə