Ölkənin siyasi həyatında əsas hadisə prezident seçkiləridir. Ölkə öz ətrafında cəmləşib firavan, güclü və müstəqil olmaq üçün lider seçir.
SİA RİA “Novosti”yə istinadən xəbər verir ki, bunu “Vahid Rusiya”nın sədri Dmitri Medvedev partiyanın qurultayında deyib.
Qeyd edək ki, “Vahid Rusiya” Konqresi bazar günü, dekabrın 17-də keçirilib.
Medvedev çıxışında qeyd edib ki, əsas siyasi hadisə - prezident seçkiləri yaxınlaşır.
Onun sözlərinə görə, Rusiyaya ən çətin situasiyalarda insanların taleyi üçün məsuliyyət daşımağa qadir olan şəxs lazımdır. Bu, on milyonlarla insanın etimadını qazanan və bacaran ümummilli liderdir
...Bu gün dövlət güclüdür, firavandır, adət-ənənələrinə sadiqdir, gələcəyə baxır - deyən rusiyalı məmur, əlavə edib ki, “...Vətənimiz əbədi olaraq belə olmalıdır”
Qurultayda Medvedev onu da qeyd edib ki, “Vahid Rusiya” vətəndaşların əksəriyyətinin partiyasıdır və o, vətənpərvərliyini sözlə deyil, əməli ilə sübut etməlidir.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB