Rusiya Federasiyasının Trans-Baykal diyarından olan Dövlət Dumasının deputatı Andrey Qurulev ölkədə doğum səviyyəsinin artmasına münasibət bildirərək, rusları sifarişlə uşaq dünyaya gətirməyə çağırıb.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə yerli KİV yazıb.
İçki aludəçisi olan deputat öz fikrini federal kanalın efirində bölüşüb.
Qurulev özünün Telegram kanalında keçmiş tabeliyində olan işçilərlə də söhbət etdiyini və doğum səviyyəsinin artırılması ilə bağlı prezidentin qarşıya qoyduğu tapşırıqların yerinə yetirilməsinin vacibliyini qeyd edib: “...Aydın dedik ki, biz Putinin doğum səviyyəsini artırmaq üçün verdiyi tapşırıqları 9 ay ərzində yerinə yetirməliyik, gəlin hesabat verək. Özündən başlamaq lazımdır”.
Mesajda Qurulevin Vladimir Putinin Uzaq Şərqə, o cümlədən demoqrafiya məsələsinə diqqətinin artdığını da qeyd etdiyi vurğulanır.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB