Terror işi üzrə şahidi daşıyan avtomobilə atəş açılıb

Terror işi üzrə şahidi daşıyan avtomobilə atəş açılıb

İnquşetiyada terrorla bağlı cinayət işi üzrə şahidin olduğu avtomobilə atəş açılıb. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə “İzvestiya” xəbər verir.

Hücum dekabrın 15-də axşam saatlarında Nazran və Surxaxi şəhərləri arasındakı magistralda baş verib.

Belə ki, naməlum şəxslər qara rəngli “Toyota Camry” markalı avtomobilə yaxınlaşaraq “Kalaşnikov” avtomatından 39 yaşlı sürücüyə atəş açıblar.

Deyilənlərə görə, zərərçəkmiş başından bir neçə yara almasına baxmayaraq, sağ qala bilib və reanimasiyaya yerləşdirilib.

Rusiyanın İnquşetiya Respublikası üzrə İstintaq İdarəsinin Nazran rayonlararası istintaq şöbəsi faktla bağlı “öldürməyə cəhd” maddəsi ilə cinayət işi açıb.

Nəşrin mənbəsi bildirib ki, sui-qəsd cəhdində Batal-Hacı dini icmasının (Rusiyada qadağan olunmuş terror təşkilatı) üzvləri şübhəli bilinir.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə