Sunak qeyri-qanuni miqrasiyaya qarşı sərt addımlar atmağa çağırır

Sunak qeyri-qanuni miqrasiyaya qarşı sərt addımlar atmağa çağırır

Böyük Britaniyanın baş naziri Rişi Sunak, vaxtında sərt tədbirlər görülməsə, qeyri-qanuni miqrasiyanın Avropa ölkələrini bürüyəcəyini istisna etməyib.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Böyük Britaniyanın baş naziri bu barədə Romada italyan mühafizəkarları və sağçı nümayəndələri ilə görüşündə xəbərdarlıq edib.

Sunakın sözlərinə görə, qeyri-qanuni miqrantlarla mübarizə qaçqınlarla bağlı beynəlxalq qaydaların sərtləşdirilməsini tələb edir.

...Əgər bu problemi həll etməsək, rəqəmlər daha da artacaq. Miqrantlar ölkələrimizi udacaq.

Bunu “Standard” qəzeti Böyük Britaniyanın baş nazirindən sitat gətirir.

Yeri gəlmişkən, oktyabr ayında amerikalı sahibkar Elon Musk Avropada vətəndaş müharibəsinin ola biləcəyini söylədi.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə