ABŞ-nin Suriyadakı bazaları raket atəşinə tutulub

ABŞ-nin Suriyadakı bazaları raket atəşinə tutulub

Suriya ərazisində yerləşən ABŞ-nin iki hərbi bazası raket atəşinə tutulub.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.

Əz-Zəxriyə hava limanı yaxınlığındakı Amerika bazasına hücum daha şiddətli olub. Nəşrdə qeyd edildiyi kimi, hava limanı ölkənin şimal-şərqindəki Əl-Həsəkə şəhərində yerləşir.

Agentliyin məlumatına görə, raketlərin əksəriyyəti birbaşa ABŞ bazasının ərazisinə düşüb. Lakin hədəfə çatan mərmilərin dəqiq sayı göstərilmir.

Hadisə ilə bağlı digər təfərrüatlar hələlik açıqlanmır.

Bütün xəbərlər Facebook səhifəmizdə