İraqın şimalında beş terrorçu da zərərsizləşdirilib

İraqın şimalında beş terrorçu da zərərsizləşdirilib

İraqın şimalında həyata keçirilən "Pəncə-Kilid'' əməliyyatı bölgəsində separatçı terror təşkilatı PKK-nın 5 üzvü zərərsizləşdirilib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Milli Müdafiə Nazirliyindən verilən bəyanatda bildirilib.
Bəyanatda bu ifadələrə yer verilib: ''Qəhrəman Türkiye Silahlı Qüvvələrimiz “Terrorçular haradadırsa, hədəfimiz oradır'' şüarı ilə terror yuvalarını dağıtmağa davam edir”.
Bəyanatda beş PKK terrorçusunun PUA ilə zərərsizləşdirildiyi, dünən bölgədə zərərsizləşdirilən terrorçuların sayının isə 7 olduğu bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə