Kardinal Ancelo Beççu Londonda mülki işdə 5 il yarım müddətinə azadlıqdan məhrum edilib. ANSA xəbər verir ki, tarixdə ilk dəfə olaraq kardinal mühakimə olunaraq həbsxanaya göndərilib.
SİA-nın əldə etdiyi məlumata görə, Londonda Müqəddəs Taxt-tac üçün daşınmaz əmlakın alınması prosesi iki il yarım davam edib. İstintaq müəyyən edib ki, kardinal Beççu prosedur zamanı yol verilən pozuntulara və sui-istifadələrə görə məsuliyyət daşıyır. O, həmçinin yalan məlumat verməkdə və dələduzluqda ittiham olunub. Məhkəmə zamanı müttəhimlər kürsüsündə kardinaldan başqa daha doqquz nəfər olub.
Böyük Britaniyada daşınmaz əmlakın alınması ilə bağlı sövdələşmə zamanı Beççu Vatikanın ümumi işlər üzrə dövlət katibinin müşaviri vəzifəsində çalışıb. İttiham tərəfi təqsirləndirilən şəxsə 7 il 3 ay həbs cəzası istəyib. Beççu ittihamların heç birində günahını etiraf etməyib.
Daha əvvəl məlum olmuşdu ki, Papa Fransisk mühafizəkar kardinal Raymond Burkeni kilsə daxilində nifaq mənbəyi olduğuna görə cəzalandırıb. Katolik kilsəsinə qarşı resurslardan istifadə etdiyi üçün pontifik Burke təqaüdçü kardinal kimi maaşından, həmçinin Vatikanda subsidiyalı mənzilə sahib olmaq imtiyazlarından məhrum edilib.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB