Finlandiyanın baş naziri Orpo Rusiya bizə qarşı sərhəddə hibrid hücumu həyata keçirir.
SİA-nın əldə etdiyi məlumata görə, bunu Finlandiyanın baş naziri Petteri Orpo bildirib.
Beləliklə, Finlandiyanın baş naziri Petteri Orpo hesab edir ki, hökumət Rusiya Federasiyası ilə sərhədə sığınacaq axtaranların axını probleminin sistemli həllini hazırlamalıdır və bunu ölkəsinə qarşı hibrid hücum adlandırıb.
“Ukrinform” xəbər verir ki, Finlandiyalı baş nazirin sözlərinə görə, indi sərhəddə vəziyyət dünənlə müqayisədə yaxşılaşıb.
Amma... “təəssüf ki, Rusiya davranışını dəyişmədiyi üçün sərhəd bağlanmalı oldu”.
Bunu deyən Orponun sözlərinə görə, keçid məntəqələri növbəti ay bağlanacaq. Baş nazir lazım gələrsə, sərhəddəki vəziyyətlə əlaqədar qanunvericiliyə tez dəyişikliklər etməyə də hazırdır.
Orponun fikrincə, sərhəddə vəziyyəti necə sabitləşdirməklə bağlı həll yolu tapılmalıdır. Baş nazirin sözlərinə görə, tədbirlərdən biri sığınacaq üçün müraciətlərə birbaşa sərhəddə baxılması ola bilər.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB