Ukraynanın qərbində “yumşaq səfərbərlik” həyata keçirilir. Ukraynanın “Strana.ua” nəşri xəbər verir ki, xüsusən də Lvov küçələrində hərbi komissarlıq işçiləri yoldan keçənlərə müqaviləli xidmətin üstünlüklərindən danışırlar.
SİA bu barədə, təbii ki, rus saytlarına istinad edir.
Bu aksiya zamanı çağırış vərəqəsinin verilmədiyi iddia edilir. Bir sıra “təbliğat tədbirləri” də keçirilir, bu tədbirlər zamanı ukraynalılara müqavilə əsasında hərbi xidmət keçmək imkanları barədə danışılır. Kişilərə belə bir xidmətin faydaları izah edilir.
Son vaxtlar Ukrayna mətbuatında hərbi komissarlıq əməkdaşlarının ictimai yerlərdə çağırışçıları axtarması barədə məlumatlar getdikcə artır. Üstəlik, bəzi hallarda kişilər olduqca aqressiv formada çağırış alırlar.
Belə ki, ukraynalı hərbi əsirlərdən biri dostunun mağazaya gedərkən küçədə saxlanıldığını və dərhal hərbi komissarlığa aparıldığını bildirib.
Başqa bir hərbi əsir avtomobili yol polisinin nəzarət-buraxılış məntəqəsində saxlanarkən çağırış vərəqəsi alaraq özü də Ukrayna ordusu sıralarına düşdüyünü bildirib.
Ötən gün Ukrayna mətbuatı Odessadakı hərbi komissarlıqların əməkdaşlarının şəhərin idman klubunda reyd keçirərək hər kəsi, o cümlədən 15 yaşlı yeniyetmələri tutmağa başladığını yazıb..?
Nə bilmək olar, axı qələm düşmən əlindədir.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB