Qərb ölkələri Rusiyanın dondurulmuş aktivlərini Ukraynanın xeyrinə müsadirə etməyin yollarını fəal şəkildə araşdırır.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Financial Times” qəzeti yazır.
Son həftələrdə ABŞ-ın dondurulmuş Rusiya aktivlərinin müsadirəsi ilə bağlı özəl danışıqlarda daha iddialı mövqe tutduğu bildirilir.
G7 iclaslarında ABŞ, aktivlərin müsadirəsi üçün “beynəlxalq hüquqa uyğun” bir yol olduğunu iddia edib.
...G7-nin üzvləri və digər dövlətlər Rusiyanı təcavüzünə son qoymağa sövq etmək üçün əks tədbir kimi Rusiyanın aktivlərini müsadirə edə bilərlər.
Bunu da qəzet yazıb.
ABŞ rəsmisi “Financial Times”a bildirib ki, Vaşinqton Rusiya aktivlərinin istifadəsi ilə bağlı fəal danışıqlar aparır və qərarın tez qəbul edilməsinə ehtiyac olduğunu düşünür. Bu məsələ Rusiyanın Ukraynaya təcavüzünün ikinci ildönümünə təsadüf edən G7 liderlərinin mümkün görüşündə müzakirə oluna bilər.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB