Prezident İlham Əliyev Küveyt Dövlətinin Əmirinə başsağlığı verib

Prezident İlham Əliyev Küveyt Dövlətinin Əmirinə başsağlığı verib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Küveyt Dövlətinin Əmiri Şeyx Məşəl əl-Əhməd əl-Cabir əs-Sabaha başsağlığı məktubu göndərib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı başsağlığı məktubunda bildirib:

“Qardaşınız – Küveyt Dövlətinin Əmiri Şeyx Nəvaf əl-Əhməd əl-Cabir əs-Sabahın vəfatı xəbərini dərin kədər hissi ilə qarşıladıq.

Bu ağır anlarda dərdinizə şərik çıxır, Sizə, ailənizin bütün üzvlərinə, Küveyt Dövlətinin dost xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin!”.

Bütün xəbərlər Facebook səhifəmizdə