Kurtulmuş Qazaxıstanı Müstəqillik Günü münasibətilə təbrik edib

Kurtulmuş Qazaxıstanı Müstəqillik Günü münasibətilə təbrik edib

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş Qazaxıstanı Müstəqillik Günü münasibətilə təbrik edib.
SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, bu barədə Numan Kurtulmuş rəsmi internet səhifəsində paylaşım edib.
“Dost və qardaş ölkə Qazaxıstanı Müstəqillik Günü münasibətilə təbrik edirəm, bütün qazax xalqına firavanlıq,əmin-amanlıq və cansağlığı arzulayıram”.
Sahəsi baxımından dünyanın 9-cu ən böyük ölkəsi olan və türk dövlətləri arasında ən böyük əraziyə malik olan Qazaxıstan müstəqilliyinin 32-ci ildönümünü qeyd edir''.

Bütün xəbərlər Facebook səhifəmizdə