Yəmən silahlı qüvvələri işğal olunmuş ərazilərə gedən konteyner gəmisinə qarşı uğurlu əməliyyat keçiriblər. SİA xəbər verir ki, bunu “Ənsar Allah” hərəkatının hərbi sözçüsü briqada generalı Yəhya Sari bildirib.
Qeyd olunub ki, əməliyyat gəmi heyətinin Yəmən donanması tərəfindən edilən xəbərdarlıqlara cavab verməkdən imtina etməsindən sonra həyata keçirilib.
Həsilər Qəzza zolağına lazım olan ərzaq və tibbi ləvazimatlar çatdırılana qədər Ərəb və Qırmızı dənizlərdə İsrail limanlarına gedən bütün gəmilərin keçidini əngəlləməyə davam edəcəklərini bəyan ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB