...İsrail ABŞ prezidenti Cozef Baydenə qəzəblidir və hesab edir ki, Ağ Ev yəhudi dövlətinin, o cümlədən İordan çayının qərb sahilindəki hərəkətlərini dəstəkləməlidir.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu amerikalı jurnalist Seymur Herş öz bloqunda anonim mənbəyə istinadən bildirib.
Onun sözlərinə görə, Təl-Əviv Vaşinqtonun İsrail yaşayış məskənlərinin genişləndirilməsini və regionda zorakılığın artmasını tənqid etməsindən narazıdır.
Amerikalı bir məmur mənə dedi ki, İsrail hökumətinin başında olanlar Baydenə qəzəblidirlər və hesab edirlər ki, o ABŞ İsrailə hər şeydə onun yanında olduğunu deməliydi.
Bunu bəyan edən Herş, onu da qeyd edib ki, Bayden administrasiyası ilə İsrailin baş naziri Netanyahu hökuməti arasındakı münasibətlərdəki problem sonuncunun Fələstin Muxtariyyəti ilə münaqişəsidir.
Herşin sözlərinə görə, Vaşinqton israilli mühacirlər tərəfindən İordan çayının qərb sahilində Fələstin əhalisinə qarşı artan zorakılıqdan və hərbçilərin bu cür hərəkətlərə açıq dəstəyindən narahatdır.
Herşin ABŞ administrasiyasındakı mənbənin sözlərinə görə, ABŞ kəşfiyyat analitiklərinin verdiyi əsas sual İsrail hökumətinin İordan çayının qərb sahilindəki böhrana məhəl qoymamaqda davam edəcəyi təqdirdə Yaxın Şərqdə regional müharibənin başlayacağı ilə bağlı sualdır.
...Bundan əvvəl İsrail Müdafiə Qüvvələrinin İordan çayının qərb sahilində hücuma keçdiyi bildirilirdi. Əsgərlər həqiqi sursat və gözyaşardıcı qazdan istifadə etməklə Əl-Bira qəsəbəsinə hücum edib. Ramallahın qərbində yerləşən Şukba şəhərinə də hücum davam edir.
Yeri gəlmişkən, ABŞ dövlət katibi Antoni Blinken Vaşinqtonun Fələstin-İsrail münaqişəsini yeni ildən əvvəl bitirmək istəyini İsrailə çatdırıb(?).
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB