Ötən gün rusların iki silah-sursat anbarı və texnikası məhv edilib...
Ötən gün ərzində Ukrayna Müdafiə Qüvvələri Rusiya texnikasının cəmləşdiyi və sursat anbarlarının yerləşdiyi bir neçə əraziyə zərbələr endirib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb.
Qeyd olunur ki, Ukrayna Müdafiə Qüvvələrinin aviasiyası düşmənin şəxsi heyətinin, silah-sursatının və hərbi texnikasının cəmləşdiyi 7 əraziyə hücum edib.
Həmçinin, raket qoşunlarının bölmələri şəxsi heyətin, silah və hərbi texnikanın cəmləşdiyi 4 ərazini və düşmənin 2 sursat anbarını vurub.
Qeyd edək ki, düşmən 2 raket və 11 hava zərbəsi endirib. Belə ki, ruslar yaşayış məntəqələrinə çoxsaylı reaktiv yaylım atəşi sistemlərindən 17 hücum həyata keçirib.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı qeyd edir ki, ötən gün X-59 idarə olunan raket Ukraynanın hava hücumundan müdafiə qüvvələri və vasitələri tərəfindən məhv edilib.
Amma Rusiyanın terror hücumları nəticəsində, təəssüf ki, dinc əhali arasında ölən və yaralananlar var. Şəxsi yaşayış binaları və digər mülki infrastruktur dağıdılıb eləcə də zədələnib”.
Bunu da Baş Qərargah bildirib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB