Zelenski müharibəni unudan məmurlara müraciət edib...

...biz bu səhvi düzəldəcəyik
Zelenski müharibəni unudan məmurlara müraciət edib...

...Hər bir Ukrayna icması yadda saxlamalıdır ki, Rusiya ilə müharibə davam edir, ona görə də dövləti qorumaq üçün mümkün olan hər şeyi etmək lazımdır.

SİA-nın Ukrayna saytlarından əldə etdiyi məlumata görə, bunu Ukrayna Prezidenti Vladimir Zelenski ötən gün Lvovda keçirilən Yerli və Regional Hakimiyyətlər Konqresinin iclasında deyib.

O, Rusiya ilə müharibə, Ukraynanın Avropa strukturlarına inteqrasiyası məsələlərinə diqqət yetirdiyini və buna görə də regionlardakı vəziyyətə kifayət qədər diqqət yetirmədiyini etiraf edib.

İndi ukraynalı prezident yerlərdə vəziyyətə maksimum diqqət yetirmək niyyətində olduğunu bildirib.

...Mən inanıram ki, biz hamımız çox yetkin olmalı və yerli olaraq nə etdiyimizi dərk etməliyik. Bu gün bütün Ukraynanın həyatından və mübarizəsindən ayrı bir cəmiyyət yoxdur,

Bunu deyən Zelenski, belə aşkar şeylərə vaxt itirmək istəmədiyini qeyd edərək, qələbə üçün hər şeyi etmək lazım olduğunu deyib.

...Biz bir-birimizə güvənirdik və çox istəyirdik ki, qələbəmiz naminə hər şey yerli şəkildə edilsin. Sizdən çox xahiş edirəm ki, bizi müharibədən yayındırmayın, bu, böyük xahişdir. Əsas vəzifə dövlətimizin müdafiəsidir.Əgər kimsə bizim cəbhədə olduğumuzu, nə baş verdiyini təfərrüatlarını bilmirsə, kiminlə belə qonşuluqda olduğumuzu unudubsa, ona görə xatırlatmaq istəyirəm ki, Müdafiə hər şeydən əvvəl gəlir, ona görə də müdafiə hər kəsin borcudur.

Ukrayna prezidenti bildirib bunu.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə