Fransa prezidenti Emmanuel Makron Macarıstanın baş naziri Viktor Orbanı “duruşdan kənara çıxmağa” və məsuliyyət nümayiş etdirməyə çağırıb.
SİA-nın əldə etdiyi məlumata görə, Makron bu şağırışı Macarıstanın Ukraynaya 50 milyard avro ayrılmasına veto qoyduğu Avropa İttifaqı liderlərinin görüşündən sonra keçirilən mətbuat konfransında səsləndirilib.
Beləliklə, Makron Orbanı Avropa İttifaqına hörmət etməyə və onu girov götürməməyə çağırıb.
Beynəlxalq Böhran Qrupunun Avropa və Mərkəzi Asiya proqramının direktor müavini Alissa de Karbonnell “The Washington Post”a deyib ki, Orban Vaşinqtonda Ukraynanın maliyyələşdirilməsinin davam etdirilməsi ilə bağlı siyasi çıxılmaz vəziyyət və Ukraynanın əks-hücumundan məyusluq hissi keçirir.
Qeyd edək ki, eyni mətbuat konfransında Makron bir gün əvvəl Fransa liderinin uzun müddət ona zəng etməməsindən şikayətlənən rus lideri Vladimir Putinə də cavab verib.
...Prezident Putinin ciddi təklifləri olarsa və beynəlxalq hüquqa uyğun olaraq sülh yolu ilə həllə nail olacaq dialoqu bərpa etməyə hazırdırsa, Fransa həmişə dəstək verəcək. Telefon nömrəm dəyişməyib.
Bunu Makron bildirib.
Xatırladaq ki, Avropa İttifaqına üzv ölkələrin liderlərinin gecə saatlarına qədər davam edən görüşündə Ukraynaya 4 illik 50 milyard avro məbləğində maliyyə yardımının ayrılması məsələsi müzakirə olunub.
Amma Macarıstanın baş naziri Viktor Orban qərara veto qoyub.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB