Avropada ən çox axtarılan cinayətkarlardan biri, bosniyalı narkotik alverçisi Mladen Samardzija Bosniya və Herseqovinada tutulub.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə xəbəri “Vice News” yayıb.
Samardzijanın həbs olunduğu villada 4 tapança, 150 mindən çox avro (14,6 milyon rubl), bir kiloqram kokain və Bosniya Respublikasının Serb Respublikası prezidentinin müşavirinin həyat yoldaşı Tijana Tegeltijanı tapıblar.
Həbsi şərh edən Bosniya hüquq-mühafizə orqanlarının rəsmisi “...bu gözlənilməz oldu” deyə bildirib.
Qeyd edək ki, Tijana Tegeltijanın əri Bosniya və Herseqovinanın Məhkəmə və Prokurorluq Şurasının keçmiş sədri və Serb Respublikası Prezidentinin müşaviri Milorad Dodikdir.
Onlar boşanıb ayrı yaşamağı planlaşdırıblar, lakin boşanmanın rəsmiləşib-keçirilmədiyi məlum deyil.
Samardzija bir il əvvəl İstanbulda güllələnən Monteneqro narkokartelinin lideri Şkaljari Yovan Vukotiçin sağ əli sayılırdı. O, kokain və heroinin Avropa paylama kanallarını təşkil etməkdə şübhəli bilinir.
...Birləşmiş Ştatlar təhlükəli cinayətkarla Serb Respublikası rəhbərliyi arasında belə sıx əlaqələrdən narahat olduğunu bildirib.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB