Fransa prezidenti Emmanuel Makron rusiyalı həmkarı Vladimir Putinlə dialoqun bərpası mümkünlüyündən danışarkən, “telefon nömrəsini dəyişmədiyini” deyib.
SİA-nın əldə etdiyi məlumata görə, RBC xəbər verir ki, bu barədə o, Avropa İttifaqının Brüsseldə keçirilən sammitindən sonra keçirilən mətbuat konfransında bildirib.
Belə ki, o, Putinin dekabrın 14-də birbaşa xətt zamanı verdiyi açıqlamanı şərh edib.
Rusiya prezidenti Makronun özünün “yaxşı münasibətlərinə” son qoyduğunu və bütövlükdə Fransa ilə dialoqun Makronun təşəbbüsü ilə dayandırıldığını bildirib.
Putin vurğulayıb ki, Paris buna maraq göstərərsə, Rusiya tərəfi dialoqu bərpa etməyə hazırdır.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB