Gürcüstan ləyaqətlə, diz çökmədən Avropa dövləti oldu

Gürcüstan ləyaqətlə, diz çökmədən Avropa dövləti oldu

Gürcüstanın Avropa İttifaqına namizəd kimi məqsədi ərazi bütövlüyünü bərpa etməkdir.

SİA-nın əldə etdiyi məlumata görə, “Vzqlyad” xəbər verir ki, bu bəyanatla baş nazir İrakli Qaribaşvili çıxış edib.

O, Tbilisinin mərkəzində keçirilən bayram mitinqində çıxış edərək deyib ki, Gürcüstan respublikanı birləşdirməli və vahid, güclü Avropa dövlətində yaşamalıdır.

Qaribaşvili hesab edir ki, ölkə bunu “Allahın köməyi ilə” edə biləcək.

Onun fikrincə, Gürcüstan “ləyaqətlə, diz çökmədən” “Avropa dövləti” oldu. Qaribaşvili qeyd edib ki, ölkə “müharibədən qaçıb, sülhü qoruyub və suverenliyini möhkəmləndirib”.

Xatırladaq ki, 2008-ci ildə baş verən müharibədən sonra Gürcüstan Abxaziya və Cənubi Osetiya üzərində nəzarəti itirib.

Eyni zamanda, Tbilisi bu əraziləri qaytaracaqlarını və bunu sülh yolu ilə edəcəklərini dəfələrlə bəyan edib. Gürcüstana dünən, dekabrın 14-də Avropa İttifaqına namizəd statusu verilib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə