...Ada hakimiyyət orqanlarının Rusiya Federasiyasına qarşı sanksiyaların pozulması ilə bağlı araşdırmaya başlamasından və ABŞ Federal Təhqiqat Bürosu Rusiya oliqarxlarının Kiprdəki fəaliyyəti ilə maraqlandıqdan sonra Rusiya şirkətləri kütləvi şəkildə Kipri tərk edirlər.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “The Moscow Times” qeyd edir.
Beləliklə, cümə axşamı, dekabrın 14-də müharibə başlayandan sonra nəzarət paketini milyarder Vladimir Potaninin aldığı “Tinkoff Bank”-ın ana şirkəti olan TCS Group Holding Kiprdən çıxmaq planlarını açıqlayıb.
TCS Group-un 2006-cı ildən qeydiyyatdan keçdiyi Kiprdən şirkət Kalininqraddakı Oktyabrski və Primoryedəki Russki adalarında yaradılmış “Rusiya ofşorları”ndan birinə köçməyi planlaşdırır.
Qərar səhmdarların yanvarın 8-də keçiriləcək növbədənkənar yığıncağında qəbul olunacaq.
Cümə günü, dekabrın 15-də Kiprdən Rusiyaya köçmək qərarı Rusiyanın ən böyük inkişaf şirkətlərindən biri olan, Etalon Group-un səhmdarları tərəfindən qəbul edilməlidir. Əsas səhmdarı milyarder Vladimir Yevtuşenkova məxsus AFK Sistema olan Etalon da “Rusiya ofşorunda” qeydiyyatdan keçmək niyyətindədir.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB