Buryatiyalı hüquqşünasa qarşı protokol niyə tərtib edilib?

Buryatiyalı hüquqşünasa qarşı protokol niyə tərtib edilib?

Buryat hüquq müdafiəçisi Nadejda Nizovkinaya qarşı “arzuolunmaz” təşkilatın fəaliyyətində iştiraka görə inzibati maddə ilə protokol tərtib edilib.

SİA bu barədə onun əlaqə saxladığı müxbirinə istinadən xəbər verir.

Beləliklə, hüquq müdafiəçisinə Ulan-Ude şəhərinin Oktyabrski rayon məhkəməsinin binasında başlanmış inzibati iş barədə məlumat verilib.

Polis Nizovkinanı Tokioda keçirilən yeddinci beynəlxalq “Post-Rusiya” forumunda iştirak etməkdə ittiham edib.

İş materiallarında onun çıxışının stenoqramına istinad edilir.

İddialara görə, Tokiodakı forumda Nadejda Nizovkina Buryatiya Respublikasının Rusiya Federasiyasından ayrılması və Ukrayna ilə ayrıca sülh bağlamasının zəruriliyindən danışıb.

Qeyd edək ki, Nadejda Nizovkina təqibləri özünün insan haqları fəaliyyəti ilə, yəni Yevgeni Surikovun maraqlarını təmsil etməsi ilə əlaqələndirib.

Belə ki, dekabrın 14-də iki polis məmurunun Surikova hücumla bağlı vəkilin müraciətindən sonra o həbsdən azad edilmişdi.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə