ABŞ Senatı tətili təxirə salacaq

Ukraynaya yardımla bağlı danışıqlara görə
ABŞ Senatı tətili təxirə salacaq

Amerika Birləşmiş Ştatlarının Senatı tətilə getməmək qərarına gəlib. Demokratlar prezident Cozef Baydenin Ukraynaya yardımla bağlı respublikaçılarla danışıqları davam etdirəcəklərini gözləyirlər.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri “Politico” yayıb.

“Gözlənti budur ki, fraksiyaların iclasından sonra biz gələn həftə geri qayıdacağıq və bu işi (sərhəddə respublikaçılarla danışıqlar - red.) başa çatdırmağa çalışacağıq... Və ümid edirəm ki, səs veriləcək bir şey olacaq. Qeyd edək ki, bunu demokrat senator Cori Buker bildirib.

Bu arada “Politico” xatırladır ki, Senat bu gün, dekabrın 14-də tətilə çıxmalı idi. Lakin Senatın Demokratlar Partiyasının lideri Çak Şumer kokusunu toplayıb və bildirib ki, sərhədlə bağlı danışıqlar - Ukrayna üçün 60 milyard dollardan çox yeni maliyyələşməni əngəlləyən bir məsələ - Konqresin yuxarı palatasına davam etmək imkanı verəcək qədər sürətlə gedir.

Yeri gəlmişkən, bir müddət bundan əvvəl rus saytlarından hansındasa,.. “konqresmenlər Kiyevə yeni yardımla bağlı razılaşmadan məzuniyyətə çıxdılar” başlıqlı bir yazı ilə rastlaşmışdım.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə