İlin sonuna qədər ABŞ Ukraynaya kömək edə bilməyəcək

İlin sonuna qədər ABŞ Ukraynaya kömək edə bilməyəcək

İlin sonuna qədər ABŞ elə vəziyyətə düşəcək ki, Konqres tərəfindən yeni vəsait ayrılması qərarı olmadan Ukraynaya kömək edə bilməyəcək.

SİA-nın əldə etdiyi məlumata görə, bunu Ağ Evin mətbuat katibi Karine Jan-Pyer deyib. Onun sözlərinə görə, Vaşinqtonun tezliklə “pulu tamamilə tükənəcək”.

...Dediyimiz kimi, ilin sonuna qədər biz Ukraynaya kömək edə bilməyəcəyimiz bir vəziyyətə düşəcəyik.

RİA Novosti Karine Jan-Pyerin sözlərindən sitat gətirir. Xatırladaq ki, ABŞ Konqresi hazırda Kiyevə yeni vəsaitin ayrılmasına mane olur.

Payızda Cozef Bayden İsrail və Ukraynaya yardım, həmçinin Asiya-Sakit Okean regionunda tədbirlər üçün 106 milyard dollar istəyib.

Respublikaçılar Kiyevin maliyyələşdirilməsinin taleyini Meksika ilə sərhəddə miqrasiyanı məhdudlaşdırmaq üçün daha sərt siyasət tələbləri ilə əlaqələndirdilər.

Qeyd edək ki, bu mövzu ilə bağlı danışıqlar indiyədək dalana dirənib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə