İsrail təhlükəsizlik xidməti Qəzza zolağının müharibədən sonrakı idarə olunması üçün təkliflər hazırlayıb.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri “The Times of Israel” yayıb.
Təhlükəsizlik liderləri ABŞ, Fransa və Almaniya da daxil olmaqla, Qəzza zolağına ümumi nəzarəti ələ keçirmək üçün çoxmillətli qüvvələrin yaradılmasını müdafiə edirlər. Bu qüvvələr Qəzzada yerləşən Fələstin Administrasiyasının katibləri və yerli Qəzzalı iş adamlarının daxil olduğu inzibati mexanizmə tabe olacaq.
Hesabatda bu mexanizmin nə qədər işləyəcəyi göstərilmir.
İsrail həmçinin Qəzza zolağına tunellər vasitəsilə silah və komponent qaçaqmalçılığının qarşısını almaq üçün Qəzza ilə Misir arasındakı bütün sərhəd, Filadelfiya dəhlizi boyunca yeraltı səddin tikintisini görmək istəyir.
Bununla yanaşı İsrail beynəlxalq və İsrailin nəzarəti altında yeni Rafah sərhəd-keçid terminalının tikintisinə can atır.
Hesabatda təkliflərin yaxın günlərdə ABŞ-ın yüksək səviyyəli rəsmiləri ilə paylaşılacağı bildirilib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB